Azərbaycanda dəhşətli hadisə: Qadın qonaq getdiyi binadan özünü atdı

12.02.2021 - 11:16

Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binalarından birində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.

Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=161266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728