Fazil Mustafa: “Ölkədə tikinti materiallarının, ərzaq məhsullarının qiyməti xeyli artıb”

12.02.2021 - 11:47

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa həmkarları Naqif Həmzəyev və Musa Quliyevin fikirlərinə münasibət bildirdi. O, Nizami Gəncəvi ili çərçivəsində böyük mütəfəkkirin adının əbədiləşdirilməsi haqda səslənən təkliflərə reaksiyasında dedi ki, Gəncə adının, eləcə də başqa bölgələrimizin adının tanınması ilə bağlı fərqli strategiya izləməliyik. “Nizamini bütün dünyada hamı tanıyır”, deyən F.Mustafa Gəncənin digər böyük övladları, Cümhuriyyət qurucuları Nəsib bəy Yusifbəyli və Xudadat bəy Rəfibəylinin adını əbədiləşdirməyi təklif etdi: “Gəncədə Nizami adına rayon da var. Gəncədə Nuru paşanın adını qaldırmalıyıq, çünki Azərbaycana gəlişində ilk addımlarını Gəncədə atıb”.

F.Mustafa Operativ Qərargahla bağlı fikirlərini də bölüşdü. Bildirdi ki, pandemiya dövründə Qərargah gərgin fəaliyyət göstərib. Ancaq bəzi sahələrin bir çoxunda ləngimələrin baş verdiyini də söylədi. “Dünyanın bir çox ölkələrində idman kompleksləri açıqdır, bizdə isə bağlıdır. Ölkədə tikinti materiallarının, ərzaq məhsullarının qiyməti xeyli artıb. O komplekslərdə çalışanların bir çoxu acından ölür. Minlərlə insanın taleyini başlı-başına buraxa bilkmərik. Ona görə bir çox sahələrin qapılarını açmaq lazımdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=161295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728