Bakıda onlayn narkotik satan Nicata 9 il cəza verildi
Bakıda narkotik vasitə və psixotrop maddələrin onlayn şəkildə qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin məhkəməsi başa çatıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Nicat Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən N.Nuriyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
N.Nuriyev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham edilir.
Salyan rayon sakini Nicat Nuriyev saxlanılan zaman onun üzərindən 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=161370