Supermarket “Sevgililər günü” ərəfəsində müştərilərinə sevgili tapmaqda kömək edir FOTO

14.02.2021 - 10:40

Macarıstanda bir supermarket “Sevgililər günü” ərəfəsində müştərilərinə sevgili tapmaqda kömək etməyə çalışıb.

Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, paytaxt Budapeştin şərqindəki Csomorda yerləşən “Auchan” adlı mağazaya daxil olan müştərilərə üzərində “subay axtaran” yazısı olan mavi və ya çəhrayı etiketli səbəti seçmək imkanı verilib.

Səbətlərin qoyulduğu yerdə bir lövhədə bunlar yazılıb: “Subaysınız? Subaylar üçün ayrılan səbətdən istifadə edin və bununla da sevdiyiniz mağazada yarınız ilə qarşılaşa bilərsiniz”.

25 yaşlı müştəri Csilla Beres Fransız xəbər agentliyi AFP-yə açıqlamasında bildirib: “Bu, koronavirus dövründə əla bir fikirdir. Partnyor axtaranlar üçün bir fürsətdir və eyni zamanda əyləncəli və gülməlidir”.

_116941487_gettyimages-1231123315.jpg (86 KB)

40 yaşındakı müştəri Annamaria isə supermarketdən çıxarkən,-“Güman ki, hamı burada belə səbətlərin olduğu xəbərini eşitməyib. Bu dəfə işə yaramadı, amma növbəti dəfə yenidən sınayacağam”,-deyib.

Supermarketin menecerlərindən biri İldiko Varga-Futo isə qeyd edib ki, bütün epidemioloji qaydalara riayət edərək, subay müştərilər bir-biriləri ilə tanış olmaq imkanı əldə edə bilərlər. Menecer həmçinin bildirib ki, “Sevgililər günü” digər mağazalarında da bu cür səbətlər qoyulacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=161429

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930