Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazidə su olmayacaq
Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Musavat.com-a “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=161491