Bakıda hoteldə arvadına 18 bıçaq zərbəsi vuraraq öldürən şəxslə bağlı YENİ XƏBƏR

20.02.2021 - 11:13

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 5-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində törədilib.

Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib. Qadın hadisə yerindəcə ölüb. M.Şamilov polisə gedərək törətdiyi əməli etiraf edib.

Məlum olub ki, cütlük ayrı yaşayıb. Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl M.Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib.

Onların iki azyaşlı övladı var.

M.Şamilova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=161547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728