“Qarabağ” son oyunda xal itirdi

04.05.2021 - 21:45

 

"Qarabağ" son oyunda xal itirdi

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Çempionluğa iddialı komandalardan “Qarabağ” “Zirə”ni qəbul edib. “Azersun Arena”dakı matç 1:1 hesabı ilə yekunlaşıb.

“Zirə”nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.

Bu nəticədən sonra lider “Qarabağ” xallarının sayını 51-ə çatdırıb və ikinci sıradakı “Neftçi” ilə xal fərqi birə enib. “Zirə” isə 34 xalla üçüncü sıraya yüksəlib.

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” səfərdə “Keşlə”ni 3:0, “Səbail” isə evdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=163105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728