Azərbaycan Ordusu yeni pilotsuz təyyarələr aldı
“Yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.
Virtualaz.org bildirir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, müdafiə sənayesi naziri Mədət Quliyev “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Nazir bildirib ki, gərgin döyüşlərin getdiyi dövrdə birlik və müəssisələr fasiləsiz iş rejimində çalışıblar: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı. İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİQOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=163297