İcra başçısı Mərkəzi bazarda sakinlərin qayğıları ilə maraqlanıb
Dövlət başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı atdığı nümunəvi addımlar Ağstafada da hiss olunur. Bunu son illər rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara olan diqqət və qayğının üstün tutulmasından aydın şəkildə görmək olur.
Mediaxeberleri.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkməsinin bariz nümunəsi isə sakinlərlə keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsidir. Ən əsası da istər iş fəaliyyətində, istərsə də göstərdiyi diqqət və qayğıda hər zaman vətəndaş məmnunluğunu, onların rahatlığını, xoş güzəranını əsas götürməsidir.
Rayon rəhbəri Seymur Orucov bu gün Mərkəzi bazarda olub, sakinlərlə səmimi söhbət edərək qayğıları ilə maraqlanıb. İlk gündən vətəndaşlara göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə çatdırıb. Bugünkü görüşün də məhz bu məqsədi daşıdığını bir daha qeyd edib.
Sonra rayon rəhbəri Mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb. Bazarda sakinlərin rahat şəkildə hərəkət etmələri üçün yaradılan şəraitlə tanış olan icra başçısı bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.
Sakinlər ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını, onlara olan qayğının yüksək səviyyədə olmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi yaratdığını söyləyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=163639