YAP-dan Eldəniz Səlimovla bağlı AÇIQLAMA

“Baş vermiş hadisədən təəssüf hissi keçiririk”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun məsələsinə hakim partiyanın müvafiq orqanında baxılıb-baxılmayacağına münasibət bildirərkən deyib.
Elməddin Quliyev bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb: “Deputatla bağlı məsələyə hüquqi qiymət verildikdən sonra tərəfimizdən münasibət bildiriləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=165531