Azərbaycanlı gimnast Avropada ilin ən yaxşısı adına namizəd olub

14.02.2022 - 21:54


Böyük Britaniyada yaşayan azərbaycanlı idman gimnastı Cesika Qədirova Avropada 2021-ci ilin ən yaxşısı adına namizəd olub.

“Report”un Avropa Gimnastikasının rəsmi saytına istinadən məlumatına görə, 18 yaşlı idmançı mükafat uğrunda 4 nəfərlə mübarizə aparır.

Siyahıda onunla yanaşı, belçikalı Nina Derval, italiyalı Vanessa Ferrari, rusiyalı Angelina Melnikova və isveçrəli Culiya Ştaynqruber də yer alıb. Qədirova bugünə olan göstəriciyə əsasən, 15 faiz səslə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Cesika Qədirova ötən il böyüklər arasında ilk beynəlxalq yarışında 3 dəst medal qazanıb. O, İsveçrənin Bazel şəhərində keçirilmiş idman gimnastikası üzrə Avropa çempionatında xalça üzərində sərbəst hərəkətlərdə qızıl, dayaqlı tullanmada gümüş, çoxnövçülükdə isə bürünc medala sahib çıxıb.

İstedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=170600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728