Ölkədə benzin istehsalı artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 596,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 25,4% artıb.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 8,2 dəfə, avtomobil benzininin istehsalı 51,2%, sürtkü yağlarının istehsalı 21,5%, dizel yanacağının istehsalı 0,5% artıb.
Məlumata görə, yanvar-fevral aylarında ölkədə neft koksunun istehsalı 12,2%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,4% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası aşağıdakı kimidir:
Short URL: http://www.cumhuriyyet.net/?p=171714