Azərbaycanda bələdiyyələr yeni sistemlə idarə edilə bilər

05.04.2022 - 12:56


Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasını təklif edib.

Oxu.Az-ın məlumatına əsasən, S.Novruzov Milli Məclisin iclasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, 500-ə yaxın yeni bələdiyyə olacaq.

Ümumilikdə isə Azərbaycanda hazırda 1 600 bələdiyyə var.

Deputat qeyd edib ki, bələdiyyələrin və onların üzvlərinin sayı azaldılmalıdır.

“Təklif edirəm ki, ilkin olaraq, Gəncə, Sumqayıtdakı şəhər bələdiyyələri əsasında vahid bələdiyyə sistemi yaradılsın. Effektli olarsa, Bakı Böyük Şəhər bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər”, – deyə komitə sədri əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172888

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031