30-dan çox qanun, əsasnamə və məcəlləyə dəyişiklik edilir

20.06.2022 - 17:12

Azərbaycanda 30-dan çox qanun, əsasnamə və məcəlləyə dəyişiklik edilir.

Cumhuriyyet.az xəbər verir ki, dəyişikliklər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyası ilə əlaqədar olaraq Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərin, xüsusilə də milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması tələbinin yerinə yetirilməsi məqsədilə hazırlanıb.

Belə ki, Konvensiyanın prinsiplərinə zidd anlayış və ifadələrin qanunvericilik aktlarında mövcud olması əlilliyi olan şəxslər tərəfindən təhqiredici və alçaldıcı ifadələr kimi qəbul edilir. Konvensiyanın sosial modelinin tələblərinə uyğun olaraq, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiredici söz və ifadələrin neytral, mənfi təsəvvürlər yaratmayan sözlərlə əvəz edilməsi məqsədilə qanunlarda texniki dəyişikliklər təklif edilir.

Dəyişikliklərə əsasən, qanunlarda qeyd olunan “şikəst”, “lal-kar”, “psixi qüsurlu”, “fiziki qüsurlu”, “əqli qüsurlu” kimi aşağılayıcı ifadələr dəyişdirilir.

Bununla əlaqədar 30-dan çox qanun, əsasnamə və məcəlləyə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177153

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930