“Caliber”: Azərbaycan özünə qarşı ədaləti çoxdandır gözləmir – VİDEO

20.07.2022 - 17:27

“Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlara başlamasından sonra, Ukraynanın hüquq mühafizə orqanları işğalçıların 34 min cinayətini qeydə alıb”.

“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə qeyd olunur ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsinin iclasında çıxış edərkən söyləyib.

Müəllif qeyd edir ki, V.Zelenski səmimi insan təəssüratı yaradır:

“Bu isə siyasətçi üçün üstünlükdənsə, daha çox mənfi cəhətdir. Amma onun utanması üçün heç bir əsas yoxdur. Zelenski güclü və məkrli düşmənin qarşısında dayanmaqla bir ölkə başçısı kimi əlindən gələni və hətta daha da artığını edir. Utanmalı olanlar isə Ukrayna şəhərlərində mülki əhalini öldürənlərdir”.

Videonun müəllifi fikrinin davamında 44 günlük Vətən müharibəsində Gəncə, Bərdə və Tərtər sakinlərinin Ermənistan ordusu tərəfindən raket atəşinə məruz qalmasını xatırladaraq deyir:

“Heç bir iclas və beynəlxalq tribunallarda Azərbaycanın faciələri barədə heç kim heç nə eşitmədi. Azərbaycan özünə qarşı ədaləti çoxdandır gözləmir və ədaləti özü bərqərar edir. Azərbaycan hərbçisi istədiyi vaxt bu “eyxman”ların ardınca getməyə hazırdır və onların heç birinə vəkil təqdim etmək fikrində də deyil”.

Daha ətraflı “Caliber”in süjetində:

Short URL: http://www.cumhuriyyet.net/?p=178995

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728