İcra başçısının qardaşı oğlu hakim qarşısına çıxır

12.01.2024 - 13:46

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cumhuriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaraşova qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir.

İşi Cəlil Nəbiyevin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib.

19 yaşlı Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031