Qadınların pensiya yaşı azaldılır? – Nazir müavini danışdı
Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib. Yenisabah.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir. “Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=197710