Təqaüdə çıxan generala yenidən vəzifə verildi

17.01.2024 - 10:46

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis təyin edilib. “Report” xəbər verir ki, bununla bağlı DGK sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəis təyin

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə də  yeni rəis təyin olunub.

Komitədən verilən məlumata görə,, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun imzaladığı əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.

 

 

Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.

Belə görünür ki, Şahin Bağırov ciddi kadr problemi ilə üzləşib və qərarını dəyişməli olub. O da mümkündür ki,  Dövlət Gömrük Komitəsinin sədrini sonradan Güloğlan Muradlı ilə bağlı “səhv etdiyinə”, onun hələ təqaüd yaşının çatmadığına inandırıblar… 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=197738

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930