Bakı və Bakıətrafı ərazilərdəki qanunsuz tiklilər sənədləşdirilir

30.01.2024 - 16:23

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev deyib.O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tutulur: “Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır”, – deyə o qeyd edib.

“Prezident İlham Əliyevin qeyri-yaşayış təyinatlı binalarla bağlı 14 iyun 2022-ci ildə imzaladığı fərman problemin mərhələli həlli üçün birinci addım idi. Fərmanın özü də uzun müddət hazırlanırdı, müvafiq əsaslandırmalar aparılırdı. Azərbaycanda özbaşına tikilmiş qeyri-yaşayış təyinatlı binaların sayı on minlərlədirsə, yaşayış sahələrinin sayı yüz minlərlədir. Biz məsələni qeyri-yaşayış təyinatlı binaların üzərində təcrübə toplayaraq aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini təmin etmək şərtilə həll etməyə çalışırıq. Bu istiqamətdə məlumatlar toplanılır”, – deyə M.Eynullayev əlavə edib.

O mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb: “Bu, növbəti addımda qeydiyyatsız yaşayış sahələrinin də amnistisyasında bizə böyük bir üstünlük qazandıracaq. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik. Problemin iki həll yolu var. Birincisi, biz mühafizə zonasından keçən xətti başqa istiqamətə çəkməliyik. Bu da o halda mümkündür ki, başqa istiqamət mövcud olsun. Çünki sənədsiz evin tikildiyi ərazidəki xətti çəkməklə başqa ərazidə tikililər varsa, onları da eyni vəziyyətə gətirmiş oluruq. İkinci yol odur ki, o tikintilərin qalıb-qalmaması ilə bağlı müvafiq qərar qəbul olunsun”.

M.Eynullayev işğaldan azad edilmiş ərazilərdə aparılan invertarlaşdırma işlərindən də danışıb: “Birinci mərhələdə əsasən iqtisadi əhəmiyyət kəsb edən obyektlərin, sosial, inzibati binaların invertarlaşmasını aparmışıq. Növbəti mərhələdə isə yaşayış fondunun inventarlaşması istiqamətində işlər aparılır”(Report).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198235

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829