Azərbaycan tibbi maskanı xaricdən 7,4 qəpiyə alıb, 3,2 qəpiyə xaricə satıb

14.02.2024 - 14:21

Ötən ilin ilk 11 ayında Azərbaycan xaricdən 222 min 150 ədəd tibbi maska idxal edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricdən alınan 1 ədəd maskanın orta gömrük dəyəri 6,8 qəpik (4 sent) olub.

Tibbi maskaların böyük əksəriyyəti – 218 min 240 ədədi Türkiyədən idxal edilib. 2 min 780 ədəd maska isə Çindən gətirilib. Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövründə xaricdən 17 milyon 650 min 400 ədəd maska idxal edilib.

Nəticədə son bir ildə maska idxalı təxminən 80 dəfə azalıb. 2022-ci ildə idxal olunan 1 ədəd maskanın orta gömrük dəyəri 7,4 qəpik (4,3 sent) olub. Maskaların 14 milyon 473 min ədədi Çindən, 3 milyon 145 min ədədi Türkiyədən gətirilib. Onu da bildirək ki, 2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycan həm də maska ixrac edib. Qeyd olunan dövürdə ölkədən xaricə 9 milyon 9 min ədəd maska satılıb. İxrac olunan maskanın 1 ədədinin orta gömrük dəyəri 3,2 qəpik (1,9 sent) olub. Maskalar əsasən Çinə və Livana satılıb. 1 ədədi 2,5 qəpikdən (1,5 sent) olmaqla 6 milyon 519 min maska Çinə, 1 ədədi 5 qəpikdən (3 sent) olmaqla 2 milyon 490 min maska isə Livana satılıb.

Açıqlanan məlumatlardan da göründüyü kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan tibbi maskanı xaricdən 7,4 qəpiyə alıb, 3,2 qəpiyə xarcə satıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930