Fikrət Məmmədov onun yerinə TƏYİN OLUNACAQ – TƏFƏRRÜAT

19.02.2024 - 11:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayan keçmiş ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.

Çox güman ki, keçmiş nazir Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənəcək.

Qeyd edək ki, hazırda Konstitusiya Məhkəməsinin 8 hakimi var:

Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri);
Sona Salmanova (sədr müavini);
Humay Əfəndiyeva (hakim);
Rövşən İsmayılov (hakim);
Ceyhun Qaracayev (hakim);
Rafael Qvaladze (hakim);
İsa Nəcəfov (hakim);
Kamran Şəfiyev (hakim)

Amma Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır. Modern.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin hakimlərindən biri – Əməkdar hüquqşünas Mahir Muradov 2023-cü il yanvarın 5-də 66 yaşında vəfat edib. O, 2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu. Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi bir ildən çoxdur ki, 9-cu hakimin təyinatını gözləyir. Fikrət Məmmədovun məhz mərhum Mahir Muradovun yerini dolduracağı istisna deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdr. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyinat almışdı.

2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inaqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930