İcra hakimiyyətləri ləğv edilir, nazirliklər birləşdirilir?

23.02.2024 - 11:38

Ölkədə keçirilən növbədənkənar Prezident seçkilərindən və Nazirlər Kabinetinin təsdiqlənməsindən sonra gündəlikdəki məsələlərdən biri də struktur dəyişikliyidir.

Maraqlıdır, növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi, nazirliklərin, başqa qurumların birləşdirilməsi və s. kimi islahatlar olacaqmı? Mövzu ilə bağlı globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizdə aparılacaq islahatların daha da dərinləşəcəyi anonsunu verdiyini xatırladıb:

“Ölkə başçısı bildirdi ki, idarəetmədə yeni innovativ texnologiyaların iqtisadiyyatımıza qazandırılması, yeni kibertexnologiyaların milli maraqlarımız üçün səfərbər edilməsi və bu istiqamətdə kadrların hazırlanması prosesi həyata keçirilir.

Azərbaycanda islahatlar təkamül formasında gedir. Bəzən ölkədə radikal islahatların aparılması haqda fikirlər səsləndirilir. Lakin idarəetmə çox mürəkkəb və həssas olduğu üçün birdən-birə hər şeyi dəyişib, risklər yaratmaq doğru olmaz. Hazırkı reallıq kontekstində Azərbaycan öz ənənəsinə sadiq qalmalıdır. Ardıcıl, məqsədyönlü islahatlar bundan sonra da keçirilməlidir. Bu, daha yaxşı nəticələr verir”.

Deputat vurğulayıb ki, kəskin struktur dəyişiklikləri, hansısa qurumların ləğvi riskli ola bilər:

“Əldə etdiyimiz uğurlar da göstərir ki, ardıcıl fəaliyyət daha effektlidir. İdarəetmədə yeni institutların formalaşması məhz ardıcıllıq kontekstindən aparılmalıdır. Bu təcrübə uğur qazandıqdan sonra proses digər sahələrə də tətbiq olunur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=198768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930