Rövşən Nəcəf AFFA-ya, Orxan Sultanov isə “Neftçi”yə…

07.03.2024 - 14:21

Azərbaycan futbolu böyük dəyişikliklərin astanasındadı. Artıq gələn ayın 2-də AFFA-ya kimin rəhbərlik edəcəyinə aydınlıq gələcək. Sport24.az xəbər verir ki, son günlər istər mətbuatda, istər futbol camiəsində, istərsə də sosial şəbəkələrdə müxtəlif namizədlərin adları çəkilir, ölkə futbolunun “sükanı arxasına” keçə biləcək potensial şəxslərin adı ətrafında müzakirələr gedir.

Məsələ ilə bağlı redaksizyamıza da müxtəlif səpkili informasiyalar daxil olur.  Bu günlərdə AFFA-ya yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən, assosiasiyanın yeni prezintinin adı artıq müəyyənləşib. Bu şəxs SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdi. Mənbəmizin sözlərinə inansaq, aprelin 2-də məhz Rövşən bəy AFFA-nın rəhbəri postuna seçiləcək.

Bu yerdə ortaya sual çıxır. Bəs “Neftçi”nin Müşahidə Şurasının sədri kim olacaq? Söylənilənlərə inansaq, sədr kreslosu hazırda “ağ-qaralar”ın Müşahidə Şurasının üzvü, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanova tapşırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=199083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930