Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır

10.03.2024 - 13:22

“Bank BTB” ASC 5 milyon manat borc cəlb edir. Bank hər birinin nominal dəyəri 1000 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edir. Bankın 2023-cü il üzrə audit olunmamış hesabatına əsasən aktivləri 369 mln 155 min manat, öhdəlikləri 321 mln 791 min manatdır. Cəmi kapitalı isə 50 milyon həddindən aşağı – 47 mln 363 min manat təşkil edir. “Bank BTB” ASC ötən ili 2 mln 779 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Ölkə.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=199106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728