Azərbaycanda evlənən hər 2 nəfərdən 1-i boşanır – Son 83 ilin rekordu…

15.03.2024 - 13:48

Bu ilin ilk ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 3 657 nikah və 1 729 boşanma halı qeydə alınıb. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 8,7% (322 nikah) azalıb, boşanmaların sayı isə 25% (359 boşanma) artıb. Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra – 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.
Rəqəmlərdən də göründüyü kimi, 1992-ci ildə boşananların sayı nikahların sayından 7,3 dəfə az olduğu halada, bu ilin yanvar ayında boşananların sayı nikahların sayından cəmi 2,1 dəfə az olub.
Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı ötən ilin yekununda 2,1, bu ilin yanvar ayında isə 2 olub. Müqayisə üçün qeyd edək ki, 1992-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,3 olub. Müstəqillik dövründə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı ən aşağı səviyyəyə 1999-cu ildə düşüb. Həmin il Azərbaycanda nikahların sayı boşanmaların sayından 7,4 dəfə çox olub.
Boşanma və nikahlar arasındakı ən böyük fərq isə 2011-ci ildə qeydə alınıb. Belə ki, 2011-ci ildə Azərbaycanda 88 min 145 nikah, 10 min 747 boşanma olub və nəticədə boşananların sayı nikahların sayından 8,2 dəfə az olub. Bu ilin yanvar ayının əvvəlində və sonunda boşanmaların sayında qeydə alınan nəticə 1941-cı ildən sonra qeydə alınan ən yüksək nəticə olub. İkinci dünya müharibəsinin başladığı 1941-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,3 olub.
Ümumiyyətlə, Azərbaycanda boşanmaların ən yüksək olduğu il 1935-ci il olub. 1935-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 4,9 olub. Boşanmalar ən aşağı səviyyəyə 1945-ci ildə düşüb və əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,1 olub. Həmin il ölkədə cəmi 310 boşanma olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930