Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib – “Karşerinq” xidmətinə start verilir? – VİDEO

01.04.2024 - 12:44

Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Videonun şərh bölməsində həmin avtomobillərin “karşerinq” xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzərinizə çatdıraq ki, “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir.

Bəs görəsən dünya ölkələrində xeyli populyar olan bu xidətin Azərbaycanda tətbiqi nə dərəcədə realdır? Məsələ ilə əlaqədar BAKU.WS-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, “karşerinq” xidməti dünyanın istənilən ölkəsində aktivdir. Bu sistemin Azərbaycanda istifadəsi mümkündür: “Hesab edirəm ki, bu daha gəlirli sahədir, nəinki maşını tələsik dəyər-dəyməzə satmaq”.

Xidmət müqavilində qiymətlərə gəlincə isə ekspert deyir ki, bu, maşının neçə kilometr sürülməsindən asılıdır. Burada məsafəyə görə ödəniş taksi xidmətində olduğu kimi hesablana bilər: “Bu xidmətin Moskva variantına icarənin bir növü kimi yanaşılır. Misal üçün icarəyə götürdüyün nəqliyyat vasitəsini mütləq haradan götürmüsənsə oraya qoymalısan. Lakin onda elə deyil. A nöqtəsindən B nöqtəsinə getmək istəyən şəxs maşını elə B nöqtəsində saxlayır. Belə olmağı üçün qanunvericilikdə də müəyyən dəyişikliyə ehtiyac var. Çünki avtomobillərin etibarnamə məsələsi də bizdə fərqli tənzimlənir”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=199820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930