Rövnəq Abdullayev və komandası getdi, Rövşən Nəcəf gəldi – “Kral öldü, yaşasın yeni Kral”

02.04.2024 - 12:32

Bu gün hazırda AFFA-nın Buelvard Marriott otelində hesabat yığıncağı keçirilir.

Mia.az xəbər verir ki, konfransda ilk olaraq Elxan Məmmədov çıxış edib.

O,  mediada tənqid olunmasına zarafatyana münasibət bildirib: “Vaxtilə AFFA-da işləyən vaxtında tənqidə məruz qalan ən çox mə olmuşam. Hazırda belə tənqidi fikirlər üçün qəribsəyirəm…”

Daha sonra AFFA rəhbəri Rövnəq Abdullayev çıxış edib.

O, futbola gəlməsindən peşman olmadığını deyib: “FIFA və UEFA rəhbərlərinə – Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram. AFFA kollektivinə təşəkkür edirəm. Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, Kral öldü, yaşasın yeni Kral”.

Onun çıxışından sonra açıq səsvermə ilə SOCAR rəhbəri Rövşən Nəcəf AFFA prezidenti seçilib.

AFFA-nın yeni rəhbəri çıxşnda deyib: “Uşaq futbolunun inkişafına dəstək verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi təmin edilməlidir. Xüsusilə milli çempionatlarda bu vacibdi”.

R.Nəcəf bildirib ki, müasir texnologiyaların tətbiqinə diqqət yetiriləcək: “Çünki insanlar hazırda stadionda yox, daha münasib şəraitdə baxmağa üstünlük verir”.

Daha sonra isə AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi seçilib:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

***

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçirilıəcək.

Mia.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək tədbirdə milli assosiasiyaya yeni prezident seçiləcək.

Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov və İcraiyyə Komitəsinin keçmiş üzvləri iştirak edirlər.

AFFA prezidentliyinə yeganə namizəd “Neftçi”nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

İcraiyyə Komitəsinə namizədlər isə aşağıdakılardır:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199864

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930