İcra hakimiyyəti sabiq nazirin şirkətindən avtomobil alır – 95.000 manata

04.04.2024 - 10:56

Mingəçevir şəhər İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin “minik avtomobilinin satınalınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği 95.000 manat təşkil edib. Satınalmada “İmprotex Motors MMM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400064731) qalib elan edilib.

Keçirilən satınalmada müqavilə üzrə İcra Hakimiyyətinin hansı alacağıə avtomobilin markası, buraxılış ili və modeli qeyd edilməyib. Qeyd edək ki, “İmprotex Motors MMM” MMC 1997-ci ildən fəaliyyət göstərir. Şirkət 1998-ci ildən BMW-nin, 2006-cı ildən YAMAHA-nın, 2014-cü ildən MINI və ROLS-Royce-nin rəsmi idxalçısıdır. Şirkətin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur. Füzuli Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. O, 2018-ci ildən bu vəzifədə çalışır.

Short URL: http://www.cumhuriyyet.net/?p=199902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930