Elman Rüstəmovun kadrları Mərkəzi Bankdan uzaqlaşdırılır

29.05.2024 - 11:51

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib. Mia.azxəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib.

Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub. Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

AMB-nin İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov təyin edilib. O, bu vəzifədə Xəyal Babayevi əvəzləyib.

Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad edilib. Onların yerinə hələ ki, təyinat olmayıb(Report).

Short URL: http://www.cumhuriyyet.net/?p=200726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031