Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

29.05.2024 - 16:17

Mayın 30-da Bakıda 31, rayonlarda 35 dərəcə isti olacaq. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 15-20° isti, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=200739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031