Ölüm saçan dərman Bakıda SATIŞA ÇIXARILDI – VİDEO

01.06.2024 - 12:35

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır. Referans.az baku tv-yə istinadla bildirir ki, qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqları vəd edilir.
Həkim Abbas Bağırov bildirib ki, qida əlavələrinin istifadəsi çəki artırsa da, çox ciddi fəsadlara yol açır:
“Hormonal sistemin pozulması, qaraciyərdə piylənmə, böyrək daşlarının əmələ gəlməsi kimi müxtəlif fəsadlara yol açır. Bu halda dəridə şişkinlik, dəri reaksiyaları, allergik reaksiyalar və dəri qırışları yaranır ki, bu da xarici görkəmi müəyyən dövrdən sonra daha arzuolunmaz vəziyyətə salır. Bu səbəbdən sözügedən preparatların istifadəsi zamanı həkim və məşqçilərə müraciət etmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv məhsulların satışı ilə bağlı araşdırmalar aparılıb və həmin kökəldici qidalarda insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddələr aşkarlanıb.
Daha ətraflı Baku TV-nin süjetində:

Short URL: http://www.cumhuriyyet.net/?p=200884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930