Zəngəzur dəhlizi “Kalininqrad modeli” ilə açılır – İLGİNC DETALLAR

03.06.2024 - 14:45

Zəngəzur dəhlizi üçün “Kalininqrad modeli”nin tətbiqi son aylar geniş müzakirələrin mövzusudur. Ən son bu mövzuda fikir bildirən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu oldu. O, ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.

Nazir deyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

Abdulkadir Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir.

Onun açıqlamasından 10 gün öncə Litvanın İrəvandakı səfiri Andrius Pulokas da bu mövzuda çıxış etdi. O, jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsində “Kalininqrad modeli”nin tətbiqini münasib gördüyünü açıqladı. Hətta Pulokas ermənilərin Zəngəzur dəhlizinin açılmasından sonra müharibə narahatlığına da cavab verdi. Səfir bildirdi ki, Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən rahat keçirlər.

Litvalı səfirin bu açıqlaması İrəvanda siyasi dairələrdə geniş müzakirəkərə səbəb oldu. Andrius Pulokasdan əvvəl, 1-3 mart 2024-cü il tarixlərində Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də “Kalininqrad modeli” haqqında çox maraqlı faktlar səsləndirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=200978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930