Müsadirə olunmuş əmlakların hərraca çıxarılması niyə dayandırılıb?

11.06.2024 - 13:49

Məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların hərraca çıxarılması prosesi dayandırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hərracların dayandırlıması ədliyyə naziri Fərid Əhmədovun göstərişi əsasında baş verib.

Bildirilir ki, Fərid Əhmədov nazir təyin ediləndən sonra ədliyyə sistemindəki nöqsanlara ciddi diqqət yetirməyə başlayıb. Hərracların keçirilməsində ciddi nöqsanlara yol verildiyindən məlumatlı olan nazir bu sahədə yoxlamaların həyata keçirilməsi üçün prosesi müvəqqəti dayandırıb.
Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən açıqlamadan belə məlum olur ki, hərraclar texniki problemlər üzündən dayandırılıb.
“Yaxın zamanda mövcud texniki problemlər aradan qaldırıldıqdan sonra hərracların keçirilməsi prosesi davam etdiriləcək”, deyə nazirliyin açıqlamasında qeyd olunub.
Açıqlamada texniki problemlərin konkret nədən ibarət olduğuna aydınlıq gətirilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930