Azərbaycandan şengen vizası almaq istəyənlərin sayı kəskin artıb – HESABAT
Avropa Komissiyası Avropa İttifaqının şengen zonasına daxil olmaq istəyənlərin statistikasını açıqlayıb. Gununsesi.info-nun məlumatına görə, statistikada Azərbaycandan edilən viza müraciətləri barəsində də məlumatlar əks olunub. Bildirilir ki, ötən il Azərbaycandan şengen vizasına müraciətlərin sayı son 10 ilin ən yüksək göstəricisinə çatıb.
Avropa Komissiyasının 2023-cü il rəqəmlərinə görə şengen vizasına bir milyondan çox müraciət daxil olub. Bu müraciətlərdə sayına görə Çin və Türkiyə dünyada ilk sıralardadır.
Azərbaycan bu sıralamada 29-cu yerdədir. Məlumatda həmçinin deyilir ki, 2023-cü ildə şengen vizasına daxil olan ölkələrin Bakıdakı konsulluqlarına yetmiş doqquz minə yaxın viza müraciəti daxil olub. Bu göstərici nəinki pandemiya dövründən hətta manatın 2 dəfə dəyərli olduğu devalvasiya dövründən əvvəlki dövrdən belə yüksəkdir. Aİ-nın 27 üzv dövlətindən 25-nin daxil olduğu şengen zonasında üzv ölkənin vətəndaşları sərhəd nəzarətindən keçmədən səyahət edə bilir. Üzv dövlətlərdən olanlara da şengen ölkələrinə daxil olmağa və müəyyən edilmiş müddətdə orada qalmağa imkan yaradır.
Hesabatda viza üçün ən çox müraciət edilən səfirliklərin də adı açıqlanıb. Məlum olub ki, ötən il Azərbaycanlılar ən çox Fransa və Almaniyaya getmək üçün müraciət edib. Statistikaya əsasən muarciətlərin 29 faizi Fransa səfirliyinə edilib.
Ümumilikdə isə müraciətlərin 55 faizi Fransa və Almaniyanın Bakıdakı səfirliklırinə edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=201561