Ərdoğan Şuşaya GƏLƏCƏK

30.06.2024 - 11:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.
Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək. Bundan sonra o iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.
Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=202064

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930