Həyat yoldaşı məhkəmədə üzünə durdu: 400 min manatlıq yeyinti işi

01.07.2024 - 12:35

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı davam edir. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Prosesdə Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə Ələkbərova ifadə verib. Şahid hakim qarşısında geniş danışmaq istəməsə də, müstəntiqə dediklərinin hamısını təsdiq edib.

N.Ələkbərova əvvəlki ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, Ç.Mehdiyevlə üzləşməsi zamanı onun əməllərini üzünə də bildirib. Şahid Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə külli miqdarda pullar köçürməsi ilə bağlı istintaqa dediklərini də təsdiq edib.

Nərminə Ələkbərovanın əri ilə mühahisəli məsələlərindən biri də birgə nikahdan olan övladları ilə bağlıdır. Qadın Çingiz Mehdiyevin qızını onun əlindən aldığını deyir.

Təqsirləndirilən şəxs isə şahidlə razılaşmayıb. Mehdiyev məsələyə aydınlıq gətirərək deyib ki, xanımı ilə arasında rəsmi boşanma olmayıb. Amma məhkəmə qərarı ilə 15 yaşlı övladı onunla qalmaq istəyib: “2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə uşağın fikrini öyrəndi, qızım mənimlə qalmaq istədiyini israr etdi. Məhkəmə də uşağı mənə verdi”. Şahid isə ərinin dedikləri ilə razılaşmayıb. Bildirib ki, 2018-ci ildən ərinin qanunsuz hərəkətləri ilə bağlı məlumat toplayıb. 2023-cü ildə isə bildiklərinin hamısını prokurorluğa etiraf edib. N.Ələkbərova hesab edir ki, Çingiz məhz bundan sonra övladını əlindən alıb.

Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Faiq Nəcəfov müvəkkilinin əmlakları üzərindəki həbs qərarının ləğvini istəyib. Məhkəmə vəsatəti rədd edib.

Növbəti iclas iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202125

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031