Xəzər dənizində suyun səviyyəsi 1 metrdən çox artıb

03.07.2024 - 11:13
Xəzər dənizində suyun səviyyəsi uzun müddətdən sonra 1 metrdən çox artıb. Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvələ qədər Xəzərdə suyun səviyyəsi azalan tendensiya ilə davam edirdi. Lakin hazırda dənizin şimal-şərq hissəsində suyun səviyyəsi 119 sm artıb.
Məlumat Qazaxıstanın Su Resursları və Suvarma Nazirliyinin açıqlamasında yer alıb. Ekoloq Rövşən Abbasov bildirib ki, bu ilin daha çox yağıntılı keçməsi Xəzərin suyuna müsbət təsir edib. Buna səbəb isə Xəzəri qidalandıran əsas çayların səviyyəsinin yağıntılar səbəbəbindən artması olub. Ekoloqun sözlərinə görə, çaylarda sululuq belə davam edərsə Xəzərdə suyun səviyyəsinin azalması dayancaq.
Rövşən Abbasov hesab edir ki, Xəzərin ərazisi böyük olduğundan şimalda müşahidə olunan artım yaxın vaxtlarda Azərbaycan sahillərində də özünü göstərəcək. Hətta bir müddət sonra Xəzərdə suyun səviyyəsi ilə bağlı daha müsbət nəticələr gözlənilir.
Rövşən Abbasovun sözlərinə görə, dənizdə  suyun səviyyəsinin azalması 1995-ci ildən davam edir.
Ekspertlər hesab edir ki, bu ildən bu tendensiya dəyişə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=202242

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728