Nazirlər Kabinetindən elektrik şəbəkəsinə dair QƏRAR

06.07.2024 - 11:09

“Elektrik şəbəkəsinə dair Qaydalar” təsdiqlənib. Nazirlər Kabineti bu barədə qərar verib. Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Elektrik şəbəkəsinə dair Qaydalar”da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcək.
“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarının 1-ci, 2-ci və 5-ci hissələri ləğv edilib. Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Bu Qaydalar “Elektroenergetika haqqında” qanuna uyğun olaraq elektroenergetika sisteminin planlaşdırılması, inkişafı, istehsal və saxlama güclərinin proqnozlaşdırılması, habelə elektrik şəbəkələrinə qoşulma, elektroenergetika sistemi rejimlərinin, o cümlədən əməliyyat rejiminin planlaşdırılması, habelə operativ-dispetçer idarəetməsi, əməliyyatın təhlükəsizliyi ilə bağlı elektroenergetika subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=202435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930