Sərhəd məsələsi: Bakı İrəvanın istəyi ilə razılaşmadı

07.07.2024 - 13:38

Azərbaycan bütün sərhədin Almatı bəyanmaməsi əsasında delimitasiya və demarkasiya edilməsini istəmir. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin iddiasına görə, Azərbaycan bu barədə Ermənistan tərəfinə bildirib: “Ermənistan və Azərbaycanın sərhəd komissiyaları təyin edilmiş vaxtda iş reqlamentini (əsasnamə) təsdiqləməyib. Son tarix 1 iyul idi. Hər iki ölkənin komissiyaları oxşar məzmunlu mesajlarla əmin ediblər ki, sənədin razılaşdırılması üzərində iş davam edir, konstruktiv danışıqlar aparılır. Əsasnamədə delimitasiya prinsipləri müəyyən edilməli, xüsusən də sərhəd çəkilərkən Almatı bəyannaməsinə istinad olmalı idi.

Bəs tənzimləməni müəyyən olunmuş qrafikə uyğun əlaqələndirmək niyə mümkün olmayıb? Artıq bir həftədir Ermənistan rəsmiləri bu məsələ ilə bağlı açıqlama verməkdən imtina edirlər”.

“Hraparak” bildirir ki, Azərbaycan komissiyaların birgə fəaliyyəti haqqında əsasnamədə Almatı bəyannaməsinə istinad edilməsini istəmir.

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar iyulun 1-də müzakirə aparıb. Müzakirədən sonra bildirilib ki, tərəflər iki ölkə arasında dövlət sərhədinin müəyyən edilməsi ilə bağlı komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=202497

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930