Xəzər sahillərində ölü balıqlar aşkarlandı: Nazirlik hərəkətə keçdi

08.07.2024 - 12:48

Xəzər dənizinin Azərbaycan sahillərində kütləvi halda ölü balıqlar görünüb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Hövsan və Türkan qəsəbələrində çəkildiyi iddia olunan kadrlarda çoxlu sayda ölü balıq görünür. Hadisənin səbəbləri məlum deyil.
Məsələ Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, balıqların ölüm səbəbinin müəyyən edilməsi üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.
“Sudan və balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – açıqlamada vurğulanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasovun sözlərinə görə, ilin bu zamanlarında sahillərdə, xüsusilə dayaz ərazilərdə suyun temperaturunun qızması nəticəsində şaquli sirkulyasiyanı qısalır: “Bu halda oksigen suda daha çox qala bilmir və ayrılır. Bu da balıqların yaşam mühitinə ciddi təsir göstərir. Xəzər dənizinin səviyyəsi son illər sürətlə enir. Bu cür ərazilər artmaqdadır. Balıqların ölümləri bununla bağlıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930