Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz VERİLƏCƏK

08.07.2024 - 13:56

Zaqatala rayonunda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək. KONKRET.az xəbər verir ki, ölkə başçısının 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası ilə əlaqədar Zaqatala şəhərində bir ədəd “ASAN xidmət” avtobusu vasitəsilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir.

Bu proses 2025-ci il yanvarın 1-nə kimi davam edəcək. Belə ki, 1 yanvar 2025-ci il tarixdən sonra müraciət edən vətəndaşlar çıxarışların əldə edilməsi üçün ən azı 236 manat ödəməli olacaqlar. Hazırda rayonun müvafiq təşkilatları, xüsusən yerli bələdiyyə və icra orqanları, sakinlərin bu fürsətdən yararlanmaları üçün maarifləndirmə işi aparırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=202553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930