Evsizlərə şad xəbər – MİDA yeni sosial mənzillərin tikintisinə başlayır

09.07.2024 - 11:56
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır. Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib. Qeyd olunub ki, yeni yaşayış kompleksi Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində, 5,83 ha torpaq sahəsində inşa ediləcək.

Agentlik artıq yeni yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı hazırlıqlara başlayıb. Eyni zamanda, Abşeron rayonunun Saray qəsəbəsində də 4,5 ha torpaq sahəsində yeni sosial mənzillərin tikintisi nəzərdə tutulub. MİDA bu yeni yaşayış kompleksinin inşası ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə start verib.

Xatırladaq ki, MİDA-nın bundan əvvəl ölkə üzrə tamamlanan layihələrindən ikisi Hövsanda yerləşir. Hazırda inşası nəzərdə tutulan layihə Hövsanda üçüncü yaşayış kompleksi olacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=202621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031