DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? – 322 min manatlıq iş…

11.07.2024 - 14:40

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Dövlət Pantomima Teatrını məhkəməyə verib. Qaynarinfo xəbər verir ki, işə Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Qaynarinfo təfərrüatları öyrənmək üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxlayıb. Onun sözlərindən aydın olub ki, dövlət qurumu ilə məhkəmə çəkişməsinin kökündə teatrın kadrlar idarəsinin keçmiş mütəxəssisi Aytən Kərimovanın cinayət işi dayanır. Elman Rəfiyev bildirib ki, 322 min manat mənimsədə itrtiham edilən Aytən Kərimova barəsindəki cinayət işinin məhkəmə istintaqı hələ davam edir: “Aytən Kərimova teatra küllü miqdarda ziyan vurduğu üçün böyük bir korrupsiya işi açılıb. Həmin iş bu gün də davam edir. Qız həmin pulu köçürüb. Hazırda Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Pantomina Teatrı ilə birlikdə pulun Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi prosesi gedir”.

Elman Rəfiyev prosesin iki ilə yaxındır davam etdiyini qeyd edib: “Mən özüm nazirliyə məlumat verdim, yoxlama ilə bağlı nümayəndə çağırdım. Qız da etiraf etdi ki, bu boyda yeyintiyə yol verib. Götürülən məbləğ Dövlət Sosial Fonduna köçürüləcək məbləğdir. Yəni, mənimsənilən 332 min 156 manat Dövlət Sosial Müdafiə Fonduna köçürülməlidir. Hazırda həmin məbləğin geri qaytarılması iə məşğuluq. Məhkəmə də bununla bağlıdır. Pantomina Teatrı olaraq biz bu prosesdən alnı açıq çıxdıq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202813

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031