Sahibkarlar narazılıq edir: “Zapravka”lardakı işlək kassa aparatlarını kim və niyə dəyişdirmək istəyir?

14.07.2024 - 13:35

Azərbaycanda yanacaqdoldurma məntəqələri (“zapravka”) olan sahibkarları narazı salıblar. Bu barədə Mia.az-a adının açıqlanmasını istəməyən sahibkarlardan biri məlumat veirb.

Onun sözlərinə görə, bir müddət əvvəl onları biri 1800 manat olan kassa aparatlarını almağa məcbur ediblər: “Hazırda həmin kassa aparatları tam işləkdir. Yəni, hər hansı bir texniki qüsuru və ya zədəsi yoxdur. Üstəlik, 1800 manata zorla satılan kassa aparatını almağımızın üstündən düz-əməlli bir il ötməyib. İndi də gəlib deyirlər ki, bəs 3 min manata təzə kassa aparatları gəlib, mütləq bunu almalıyıq”.

Sahibkar deyir ki, artıq belə qanunsuz tələblərdən beziblər: “Vallah, belə olmaz. Belə çıxır ki, hər 5-10 aydan  bir kimsə ölkəyə kassa aparatı gətirəcək və biz də onu almağa məcbur qalacağıq?”.

Sahibkarlar deyir ki, işin başqa maraqlı tərəfi də var: “Təsəvvür edin ki, bu tip məcburetməni yalnız himayəsiz, yəni, çətinlilə ayaq üstə qalmağa çalışan sahibkarlara edirlər. Bildiyimzi qədəri ilə SOCAR və “Azpetrol”un “zapravka”larının qarşısına belə tələb qoyulmayıb. O zaman soruşuruq: niyə himayəsiz məntəqələr hədəfə gəlib?! Başqa məkrli niyyət yoxdursa, o zaman bu ayrı-seçkiliyin səbəbi də izah olunsun…”.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini də dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=202950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031