“Atəşgahsığorta”ya qarşı şok ittihamlar – “müştərilərin telefon nömrələri müəyən şirkətlərə ötürülür”

06.04.2015 - 14:11
atesgahAzərbaycanda fəaliyyət göstərən yüzlərlə sığorta agenti “Atəşgah Sığorta” şirkətindən şikayətlənirlər. Bu gün Bakıda keçirilən Sığorta Agentlərinin 3-cü Milli Forumunda agentlər öz etirazlarını bildirərək qeyd ediblər ki, onların müştəri portfelləri hansısa şəxs tərəfindən “Atəşgah Sığota” şirkətinə ötürülür. Agentlər iddia edirlər ki, bu şəxs İcbari Sığorta Bürosu (İSB) ola bilər.
“Atəşgah Sığorta”da bir qız var. Digər sığorta şirkətlərinin əlaqə vasitələri bu xanıma ötürülür. Yeni sığorta müqaviləsinin bağlanılması vaxtı çatdıqda, həmin qız bizim müştəriyə zəng vuraraq icbari sığortanı “Atəşgah Sığorta”dan almağı təklif edir. Bu şirkət agentlərə işləməyə imkan vermir. Yol verilən hərəkət haqsız rəqabət əlamətidir”, – deyə agentlərdən biri bildirib. Həmin agentin çıxışı alqışlarla qarşılanıb.
“AXA Mbask” Şığorta şirkətinin sığorta agenti, “Müştərimizə “Atəşgah Sığorta” şirkətinin agenti zəng etdi və onu Bakıda Nizami metrosunun yaxınlığındakı hansısa plazaya dəvət etdi. Bizə sonra zəng edən xanıma zəng etdik. Biz sonra belə bir fikirə gəldik ki, İcbari Sığorta Bürosu tərəfindən bir sığorta agentinin portfelində olan müştərilərin telefon nömrələri  müəyən şirkətlərə ötürülür”- deyə bildirdi.
İcbari Sığorta Bürosu barəsində səsləndirilən ittihamlara cavab olaraq bildirib ki, deyilənlər əsassızdır. Bir şirkətin müştəri bazasının digər bir şirkətin əlinə keçməsi sığorta agentinin işlədiyi sığorta şirkətini dəyişməsilə və bir neçə şirkətlə işləməsilə bağlı ola bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=21323

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930