İsmayıllıda şok torpaq alveri – 11 manata 8 sot!

04.08.2015 - 00:53

İsmayılllıİsmayıllı rayonundan cumhuriyyət. az. ın elektron poçtuna ilginc məlumat daxil olub. Rayon ərazisində qaçqın və məcburi köçkünlər üçün salınmış 45 evdən ibarət ərazidə köçkünlərə aid olan torpaq sahəsinin işbazlara satılması qeyd edilir. Adının çəkilməsini istəməyən mənbənin cumhuriyyet. az-a bildirdiyinə görə, bu ərazini İsmayıllı şəhər bələdiyyəsi uzun müddətli müqavilə əsasında köçkünlərə ev tikilməsi üçün ayırıb. Bu ərazidə dövlət səviyyəsində tikinti aparılaraq evlər 2012 ci-ildə sahiblərinə təqdim olunub. Qəsəbədə on bir (11) illik Ağdam tam orta məktəbi və həkim məntəqəsi fəaliyyət göstərir. Bu ərazidə artıq qalan torpaq sahəsi var ki, təlimatla bu torpaq qəsəbəyə müəllim işləmək üçün uzaq yerlərdən gəlmiş müəllimlərə, yaxud həkimlərə həyətyanı sahə kimi verilməsi üçün nəzərdə tutulub. Ancaq görün nələr baş verir?
Qəsəbənin mənzil istismar sahəsinin müdiri İsmayıl Vəliyev ərazidə yaşayan əlaltısının köməkliyi ilə adı çəkilən torpaqları ayrı-ayrı işbazlara satmaqla məşğuldur. Bir neçə gün bundan öncə “Jek” müdiri İsmayıl Vəliyev Göyçay rayonunda yaşayan keçmiş polis işçisi Elman Əliyevə on bir min manat müqabilində (11. 000) azn 8 sot torpaq sahəsi satıb. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbə qeyd edir ki, hazırda satılmış torpağın sənədləşdirmə işi aparılır. Müştəri Elman Əliyev 2014-cü ilə qədər Göyçay rayon polis şöbəsində yol polisi xidmətinin bölmə rəisi vəzifəsində işləyib, polis mayorudur. Ötən ilin mart ayında vəzifə başında rüşvət aldığına görə daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarından xaric edilib. Elman Əliyevin öz kabinetində rüşvət qalmaqalı deyilən video görüntüləri hələ də sosial şəbəkələrdə qalmaqdadır. Mənbə qeyd edir ki, ”jek” müdiri satılan torpaqdan əldə edilən pulun bir hissəsini şəriyinə verir. Mənbəmiz eyni zamanda onu da qeyd etdi ki, İsmayıl Vəliyevin bu əməlindən dövlət qaçqınların müdafiəsi komitəsinin xəbəri yoxdur. Bu ayrı seçkilik və özbaşnalıqla bağlı qəsəbədə köçkünlər arasında müzakirə gedir və yaxın günlərdə dövlətin əlaqədar orqanlarına məlumat veriləcək deyə mənbəmiz qeyd edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29222

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031