Hacıbala Abutalıbov Yasamalda eyvanları sökür – FOTOLAR

20.08.2015 - 13:03

binaBakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülsün.

Bu ünvanda yaşaya
n sakinlər isə deyir ki, tikili qanunidir və bununla bağlı elə icra hakimiyyətinin verdiyi müvafiq qərar əllərindədir.

Bizimyol.info bildirir ki, artıq binanın eyvanında olan sənədsiz tikililər sökülür. İcra hakimiyyəti bu işləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqələndirir.

H.Abutalıbov söküntü işlərinin başa çatması üçün 2 saat vaxt qoyub.

Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi hazırda söküntü ərazisindədir. Sakinlər ona əlavə tikili ilə bağlı icra hakimiyyətinin sənədlərinin sürətini təqdim ediblər. Bu barədə merə məruzə olunduqdan sonra o, sənədsiz tikililərin sökülməsində israrlı olduğunu deyərək, sənədli tikililərlə bağlı məsələyə bu gün iş saatının sonuna qədər baxılacağını bildirib.

Sakinlər deyirlər ki, evlərinə bitişik olan əlavə tikililər sökülərsə evlərini tərk etməyəcəklər. Onlar sənədli tikililərin sökülməsini qeyri-qanuni hesab edirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031