Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı

24.08.2015 - 10:57

dypAqşin Məmmədov: «Mehman Fətəliyev dedi ki, bu işə keçmək üçün mənim ağırlığında pul verib»

«Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev vəzifə səlahyyətlərindən sui-istifadə edərək, məndən 400 manat rüşvət alıb». Bunu JAM.AZ-a Bakı şəhər sakini Aqşin Məmmədov yazaraq bildirib.

O qeyd edib ki, 17 avqust 2015-ci il tarixdə dostu Elşadın ağrılarının tutması səbəbindən özünə məxsus olan “Hyundai Veloster” markalı 99 CG 061 nömrə nişanlı avtomobiliylə xəstəxanaya aparan zaman DYP əməkdaşları tərəfindən saxlanılıb. «Heç bir əsas olmasa da maşınımı cərimə meydançasına apardılar. Baxmayaraq ki, bütün sənədlərim qaydasında idi, heç bir yol hərəkəti qaydaları pozuntusuna da yol verməmişdim. Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev mənim iradıma cavab olaraq bildirdi ki, səs-küy salmağının heç bir mənası yoxdur. Üstəlik «Mən Xəzər Rayon Polis İdarəsindən Nəsimi RPİ-nə sənin ağırlıqda pul verib keçmişəm» deyə bildirdi».

Aqşin Məmmədov bildirir ki, səhəri gün avtomobilini cərimə meydançasından çıxarmaq istədikdə isə ondan 500 manat istəyiblər. «Şəxsən mayor Mehman Fətəliyevə 400 manat verib maşınımı cərimə meydançasından çıxardım. Ancaq heç bir protokol yazılmadı. Sadəcə, sənədlərimin surəti çıxarılıb götürüldü. Sonradan bildim ki, bunu da ona görə ediblər ki, əgər şikayət edərəmsə, tez köhnə tarixə protokol yazıb saxta işlərinə don geyindirsinlər».

Mayor Mehman Fətəliyevin 400 manat pul almasını görən iki nəfər şahidin olduğunu bildirən A.Məmmədov qeyd edib ki, o, aidiyyıtıqurumlara müraciət edib. «Bilirəm ki, bundan sonra təhlükə ilə rastlaşa bilərəm, məni şərləyə bilərlər. Ancaq ona görə şikayət edirəm ki, belə çirkin üsullarla digərlərinin əsbləri ilə oynayıb cibini soymasınlar».

Qarşı tərəfi də dinləməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728