Bakıda “avtoş” polis YPX əməkdaşını vurdu

24.08.2015 - 11:28

davaOnun vəziyyəti ağır olaraq qalır.

Bakıda yol polisi əməkdaşı xidmət apararkən faciə ilə üzləşib.

AzNews.az xəbər verir ki, 99 YP 455 nömrəli avtomobildə xidmət aparan Samir Dənziyev adlı yol polisi polisdən qaçan “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Ağır yaralanan yol polisi təcili olaraq Musa Nağıyev adına Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Məlum olub ki, polisi vuran sürücü 99 YP 446 nömrəli avtomobildə xidmət aparan polislərin “saxla” əmrinə tabe olmayıb. Buna görə də polislər onu Heydər Əliyev prospekti ilə təqib etməyə başlayıb.

Köməyə gələn 99 YP 455 nömrəli yol polisi avtomobili Bakıxanov qəsəbəsi (“Akkord”un binalarının yaxınlığı) ərazisində tabesizlik göstərən və avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlamaq istəyib. Bunun üçün S.Dənziyev avtomobildən düşərək sürətlə hərəkət edən “Mercedes”in qarşısına keçib və bu zaman hadisə baş verib.

Təqib olunan sürücü saxlanılandan sonra məlum olub ki, o da polis əməkdaşıdır və ölkədə fəaliyyət göstərən diplomatik korpusların birində xidmət aparır.

Short URL: http://www.cumhuriyyet.net/?p=30175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728