Bakıda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edildi
Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib.
Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Binəqədi RPİ-yə müraciət edərək tanıdığı şəxs tərəfindən ona məxsus 10 min manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda həmin şəxsin pulu qaytarmaq istəmədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=30185